Futbol hakimlərindən laktat testi götürülüb

Futbol hakimlərindən laktat testi götürülüb
  21 Yanvar 2020    Oxunub:3262
Yanvarın 17-dən 19-dək I divizion, 19-dan 21-dək isə Premyer Liqa hakimlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilib.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçirilən toplanışın əsas hissəsi nəzəri biliklərə həsr olub. Toplanışa rəhbərlik edən Kiros Vassaras hər iki qrup üçün məşqlər keçib. Məşqlər müxtəlif mövqelərdən quraşdırılımış videokameralar vasitəsilə qeydə alınıb. Daha sonra hakimlərin müsbət və mənfi tərəfləri qeydə alınmış videogörüntülər vasitəsi ilə onlara izah olunub.

Toplanış çərçivəsində hakimlər yenidən laktat testi veriblər. Onların sürət və güc dözümlülüyü, bədən quruluşları və əzələ testləri yoxlanılıb. Koordinasiya və stabilizasiya testlərinin ardından hər bir hakimə verilmiş fərdi məşq planının hansı səviyyədə yerinə yetirildiyi, əvvəlki testlə müqayisədə inkişafın olub-olmaması müəyyənləşdirilib.

Qeyd edək ki, laktat testi Taro Netzer və Fritz Stuçlik tərəfindən həyata keçirilib.

Azvision.az



Teqlər: AFFA   Futbol   Hakim  





Xəbər lenti