Təhsil naziri Salyanda vətəndaşları qəbul edib

Təhsil naziri Salyanda vətəndaşları qəbul edib
  23 Yanvar 2020    Oxunub:3599
Yanvarın 23-də Təhsil naziri Ceyhun Bayramov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərini qəbul edib.
Azvision.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, həyata keçirilən qəbulda qeyd edilən şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Əvvəlcə Təhsil naziri Ceyhun Bayramov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qəbulda C.Bayramov vətəndaşların müraciət və təkliflərini diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən müəllimlərin yerdəyişməsi, işlə təminolunma, məktəb binalarının əsaslı təmir və tikintisi, dərs saatlarının bölgüsü və digər məsələlərlə bağlı müraciət ediblər.

Azvision.az



Teqlər: CeyhunBayramov  





Xəbər lenti