DİM xarici dil üzrə qəbul imtahanı keçirdi - Yenilənib

DİM xarici dil üzrə qəbul imtahanı keçirdi -  Yenilənib
  26 Yanvar 2020    Oxunub:4586
Bakı və Naxçıvan şəhərlərində doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az-a verilən məlumata görə, imtahan saat 11:00-da başlayıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. İmtahanda baş vermiş hallar barədə bütün protokollar oxunduqdan sonra yekun məlumat veriləcək.

İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılıb.

İmtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.

Yanvarın 27-dən etibarən imtahan materiallarının emalı aparılacaq. İmtahan nəticələri yazı bloku üzrə esselərin yoxlanılması prosesi də başa çatdıqdan sonra, 1 həftə ərzində elan olunacaq.

Qeyd edək ki, namizədlərin yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.

İmtahan iştirakçılarının müraciətlərinə baxılması üçün 27-29 yanvar tarixlərində saat 10.00-dan 17.00-dək Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

***
(09:20)

Bu gün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçiriləcək.

"Report" xəbər verir ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış imtahana buraxılış rejimi başa çatacaq və bundan sonra gələn namizədlər imtahana buraxılmayacaq.

İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini, "Namizədin imtahana buraxılış vərəqəsi"ni təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Xatırladırıq ki, imtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim ediləcək:

1. Oxuyub-anlama bloku;

2. Dinləyib-anlama bloku;

3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);

4. Yazı bloku (esse yazısı).

Namizədlərin yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.

İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılır.

Məlumat üçün bildirək ki 1382 namizəd ingilis dili üzrə, 61 namizəd fransız dili üzrə, 61 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. Dövlət İmtahan Mərkəzinə müvafiq sertifikatını təqdim etmiş 35 namizəd isə xarici dil imtahanından azad olunub.

İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 143 zal nəzarətçisi ayrılıb.
***
(09:15)

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilir.

DİM-dən Azvision.az -a verilən məlumata görə, doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında ümumilikdə 1504 namizəd qeydiyyatdan keçib. Onlardan 1382 namizəd ingilis dili, 61 namizəd fransız dili, 61 namizəd alman dili üzrə imtahan verəcək.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 10-dan 20-dək davam edib.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti