Müəllimlərin sertifikasiyası ilə bağlı yeni qaydalar

  Müəllimlərin sertifikasiyası ilə bağlı yeni qaydalar
  27 Yanvar 2020    Oxunub:6556
Müəllimlərin sertifikasiyası ilə bağlı növbəti aylarda yeni qaydalar təsdiq olunacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, qaydalar təsdiq edildikdən sonra - 2020-ci ildən etibarən müəllimlərin sertifikasiya proseduruna başlamaq mümkün olacaq:

"Təbii ki, bir il ərzində sistemdə olan bütün müəllimlərin hamısının sertifikasiyadan keçməsindən söhbət getmir. Proses mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqsəd hərtərəfli qiymətləndirməni aparmaqla hər bir müəllimin fərdi inkişafını təmin etmək, onu stimullaşdırmaqdır. Sertifikatlaşdırma proseduru nəticəsində müəllimlərin karyera inkişafı və bir sıra digər imtiyazların təqdim edilməsi zamanı sertifikasiyanın nəticələri nəzərə alınacaq. Sertifikasiya nəticəsində təqdim olunan göstəricilərə çatmayan müəllimlər üçün əlavə imkanlar yaradılacaq. Onlara həmin səviyyəyələrə çatmaq üçün təkrar olaraq ixtisasartırma təlimlərindən keçmək təklif olunacaq", - deyə nazir vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Müəllim  





Xəbər lenti