Bütün nazirlər istefa verdi

Bütün nazirlər istefa verdi
  23 Dekabr 2013    Oxunub:1025
Küveyt nazirlərinin istefasının əsas səbəbi Parlamentin onlardan tez-tez hesabat tələb etməsi olub.
Küveytdə hökümət və parlament arasında siyasi çəkişmələr istefalara səbəb olub.

AzVison.az qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Küveyt hökümətinin bütün nazirləri istefa ərizələrini baş nazir Cabir əl-Mübarək əl-Həmd əs-Səbbaha təqdim ediblər. Baş nazir isə öz növbəsində hökümət nazirlərinin istefaetdiklərini ölkənin Əmiri Şeyx Səbah əl-Əhmədə bildirib.

Küveytdə yeni hökümətin istefası ölkə konstitusiya məhkəməsinin parlamentin qanuniliyini dəstəkləməsindən dərhal sonra baş verib.

Analitiklərin fikrincə, Küveyt hakimiyyətinin kütləvi şəkildə istefası ölkə əmirinə təzyiq məqsədi daşıyır. Belə ki, yerli hökumət əmirdən yeni parlamentin ləğv etməsini istəyir. Qeyd edək ki, Parlamentin nazirlərdən tez-tez hesabat tələb etməsi, onları xeyli qzəbləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti