İmtahan suallarını hazırlayan müəllimər bunkerdə qalacaq

 İmtahan suallarını hazırlayan müəllimər bunkerdə qalacaq
  07 Fevral 2020    Oxunub:3066
"Yüksəliş” müsabiqəsində imtahanların suallarının kənara sızması imkanı tam aradan qaldırılıb.
Azvision.az xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini, "Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

Onun sözlərinə görə, həmin suallar Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanacaq və sualları hazırlayan müəllimər bunkerdə olacaq, mərhələ başa çatana qədər bunkerdə qalacaqlar.

Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev isə qeyd edib ki, onlayn mərhələdə imtahan zamanı bir sual üçün ayrılan 30 saniyə ərzində hansısa namizəd sualı cavablandırmırsa, sistem növbəti suala keçir: “Əgər 30 saniyə ərzində iştirakçı qeyri-adi bacarığa malik olub, həmin suala cavab tapmaq üçün başqa vasitədən istifadə etsə, həmin suala uyğun suallar müsabiqənin əyani mərhələsində də veriləcək. Beləliklə, biz əyani mərhələdə iştirakçının onlayn mərhələdə kənar yardımdan istifadə etdiyini müəyyənləşdirəcəyik və onu müsabiqədən kənarlaşdıracağıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yüksəliş   Müsabiqə  





Xəbər lenti