Qurban Qurbanov: “Hava proqnozuna inanmıram”

      Qurban Qurbanov:    “Hava proqnozuna inanmıram”
  09 Fevral 2020    Oxunub:4070
“Gərgin oyun oldu. Buna baxmayaraq, bəzi nüanslar var idi. Hava şəraitinin də təsiri var idi”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVI turunda “Neftçi” ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Qurbanov 0:0 hesabı ilə nəticələnən qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Hər iki komanda epizodlarda ehtiyat edirdi. Hər iki komanda intizamını göstərdi. Bu da çox önəmlidir. Füzuliyə uğurlar arzulamaq istəyirəm. Onun bu təyinatına sevindim, işgüzar, tələbkar insandır. Hər iki komanda bu gün 1 xal qazandı. Ədalətli nəticə elə bərabərlik idi”.

- Hava şəraitinin dəyişəcəyi əvvəlcədən bilinirdi. Oyunun saatının gec olmasında PFL-lə məsləhətləşmə olmuşdumu?

- Olmamışdı. Mən proqnoza inanmıram. Gec saatda oyun olanda futbolçu daha yaxşı hazırlaşa bilir. Hətta səhər məşq də edə bilir. Gündüz də eyni hava şəraiti olur. Mən oyunların gec saatlarında keçirilməsinin tərəfdarıyam.

- Komanda neçə turdan sonra sizin istədiyiniz səviyyədə olacaq?

- Bəli, komanda hələ tam hazır deyil. Adətən belə vəziyyətlərdə 3-4 oyundan sonra komanda formaya düşür. Bu da bəzilərinin daha yaxşı hazırlıqlı, digərlərinin aşağı hazırlıqlı olması ilə bağlıdır. Bəzən zədə olur, bəzən kiməsə daha çox istirahət veririk. Nə qədər hazır olmasa da, futbolçu xarakter göstərirsə, yaxşı oynaya bilər. Hər oyundan sonra 6-7 günlük fasilə olur. 3-4 turdan sonra komanda daha dinamik hala düşəcək.

- Sonuncu dəfə hansı dönəmdə ardıcıl iki oyunu eyni heyətlə keçirmisiniz?

- Bunu xatırlamıram. Mən “11-liy”i çox da dəyişmirəm. Avrokubok matçları zamanı belə dəyişikliklər olur. Nadir hallarda dəyişikliklər edirəm. Statistikaya baxacağam. (APA)

Azvision.az


Teqlər: QurbanQurbanov   Qarabağ  





Xəbər lenti