Azərbaycan Cüdo Federasiyasından
Azvision.az -a verilən məlumata görə, yarışda ölkəmiz böyük heyətlə - 25 cüdoçu ilə təmsil olunacaq. Yüngül çəki dərəcələrində İslam Rəhimov, Sahib Babayev (50 kq), Samir Piriyev, Əli Hacıyev, Qədir Hüseynov (55 kq), Əlihümbət Cəfərov, Aydın Rzayev, Məmmədrza Hacızadə, Nicat Şirinov (60 kq) güclərini sınayacaqlar. Vüsal Qələndarzadə 66, Nahid İsmayılov 73 kiloqram çəki dərəcələrində tatamiyə çıxacaqlar. Ağır çəki dərəcəsində cüdoçularımızdan Əlirza Şıxəlizadə, Vüqar Talıbov (81 kq), Hüseyn Dadaşov (90 kq), Məhəmməd Məmmədzadə (+90 kq) mübarizə aparacaqlar.
Qızların yarışında ölkəmizi Xumar Qasımzadə, Aydan Vəliyeva (40 kq), Nigar Şahməmmədova, Leyla Dəmirova (44 kq), Səbinə Əliyeva, Nəzrin Adnayeva (48 kq), Səbinə Qədirova, Zeynəb Məmmədova (52 kq), Fidan Əlizadə və Aytac Qardaşxanlı (57 kq) təmsil edəcəklər.
Fevralın 15-də start götürəcək turnirə bir gün sonra yekun vurulacaq.
Azvision.az