Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
Azərbaycan idmançısı debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün M.Bazarov fevralın 12-də təsəlliverici görüşdə iştirak edib və bolqarıstanlı güləşçiyə vaxtından əvvəl qalib gəlib.
Finlandiya təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin Olimpiya çempionu Avropa çempionatının bürünc medalına sahib olub.
Azvision.az
Teqlər: Güləş Avropa-Çempionatı