Hollivudun 10 ən sərfəli aktyoru -SİYAHI

Hollivudun 10 ən sərfəli aktyoru -SİYAHI
  26 Dekabr 2013    Oxunub:4043
“Forbes” jurnalı iştirakları ilə Hollivud kinostudiyalarına daha çox maliyyə qazandıran aktyorların ilk onluğunu hazırlayıb.

AzVision.az həmin siyahını təqdim edir.
10. 23 yaşlı Teylor Lotner “Alatoranlıq” film silsiləsindəki sevgi üçbucağının əsas iştirakçılarından biri kimi məşhurlaşıb. O, çəkildiyi filmlərdə studiyanın ona ödədiyi hər 1 dollara görə 21,4 dollar qazandırıb.



9. Bu pillədə isə “Alatoranlıq” filmlərinin digər ulduzu Robert Pattinson qərarlaşıb. 27 yaşlı aktyor ona ödənilən hər dollara 23,5 dollarlıq mənfəətlə cavab verib.



8. “Alatoranlıq” filmlərinin əsas qəhrəmanı Kristen Stüart. Gənc aktrisa çəkilyini filmlərlə studiyanın hər 1 dollarına 25 dollar gəlir gətirib.



7. Hər 1 dollara 25,6 dollarla qarşılıq verən Avstraliyalı Rassel Krou. 2014-cü ildə “Nuhun Gəmisi” blokbasteri ilə uğur qazansa, aktyor gələn ildə bu siyahıda yer ala bilər.



6. İngilis aktyoru Deniel Kreyq. Aktyorun sayəsində hər dollara görə kinostudiyalar 25,6 dollar qazanc əldə ediblər.



5. Keçmiş restler Dueyn Conson. Aktyora ödənilən hər 1 dollar 31,1 dollara çevrilir.



4. “Oskar” laureatı yəhudi mənşəli Natali Portman. Ailə həyatı qurduqdan sonra kino çəkilişlərində əvvəlki məhsuldarlığı itirən aktrisa buna rəğmən hər dollara 31,3 dollar qarşılıq verməklə kinostudiyaları daha da zənginləşdirir.



3. Hollivudun gənc ulduzu və “”Ac Oyunlar” kino silsiləsinin əsas ulduzu Cennifer Lourens 3-cü pillədə qərarlaşıb. Hər dollara 68,6 dollar qazandıran aktrisa həm də bu il “Amerikasayağı fırıldaq” filmi ilə əsas “Oskar” nominantlarından biri olacağı gözlənilir.



2. Ukrayanada anadan olan Mila Kunis zirvədən bir pillə aralı düşüb. Amma hər dollara görə studiyaları 68,7 dollar qazandıran aktrisanın göstəricisi heç də pis deyil.



1. Forbes jurnalı ən sərfəli aktrisa siyahısının zirvəsinə Emma Stounu yerləşdirib. Yenidən ekranlaşdırılan “Hörümçək Adam” kino filmində rol alan aktrisa hər dollara görə studiyalara 80,7 dollar gəlir verir.










Teqlər:  





Xəbər lenti