Çexiyada koalisiya razılığa gəldi

Çexiyada koalisiya razılığa gəldi
  27 Dekabr 2013    Oxunub:1122
AzVision.az xəbər verir ki, Çexiyada koalisiya müqaviləsinin imzalanması haqqında razılıq əldə edildi

Gələcək hakim koalisiya partiyaları – sosial-demokratlar, xristian demokratlar və “ANO” (“HƏ”) artıq gələcək Nazirlər Kabinetinin proqramı və şəxsi heyəti barədə razılıq əldə etmişlər. Milad və Yeni il bayramlarından sonra yanvarın 6-da koalisiya müqaviləsinin təntənəli surətdə imzalanması mərasimi olacaq.

Prezident Zeman Nazirlər Kabinetinin şəxsi heyətinə etiraz etməsə, yanvarın ortalarında yeni hökumət təyin ediləcəkdir. Lakin Miloş Zeman sosial-demokrat Lubomir Zaoralekin xarici işlər naziri vəzifəsinə təyin olunması ilə razılaşmadığını artıq qeyri-rəsmi şəkildə bildirib. Amma hüquqşünasların əksəriyyəti belə bir fakta diqqəti çəkir ki, Konstitusiyaya görə, Prezident mühüm səbəb olmadan hər hansı bir nazirin təyin edilməsinə etiraz edə bilməz. Yeni hökumətin formalaşdırılması haqqında danışıqları yeni baş nazir olacaq sosial-demokratların lideri Boquslav Sobotka aparıb.


Teqlər:  





Xəbər lenti