Rza Zərrabın milyonluq borcu üzə çıxdı

Rza Zərrabın milyonluq borcu üzə çıxdı
  27 Dekabr 2013    Oxunub:989
Türkiyədə qaçaqmalçılıq və rüşvət əməliyyatı hərracların təşkili ilə məşğul olan şirkətlərə də təsir edib. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, hərraclarda satılan əntiq əşyaların pulunun ödənməməsi bu şirkətləri pis vəziyyətdə qoyub.

Belə ki, iş adamı Rza Zərrab həbs olunmadan bir neçə gün əvvəl “Antik” hərrac şirkətindəki hərrac zamanı bir neçə əntiq əşya və rəsm əsəri alıb. Bunların pulunu şirkətin hesabına köçürmədən saxlanılıb. İş adamı hərracda 1 milyon 50 min türk lirəsi dəyərində “Sənətçinin evi” tablosunu, 250 min lirəyə boşqab dəsti və 380 min lirə dəyərində büxurdan alıb. Rza Zərrab saxlanıldıqdan sonr aisə həmin əşyalar ondan müsadirə olunub. “Antik” hərrac şirkəti isə bu əşyaların pulunun ödənməməsindən narahatdır.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti