14 milyon uşağın yardıma ehtiyacı var
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, qurum beynəlxalq ictimaiyyətə müraciətində münaqişədən əziyyət çəkən uşaqlara 2014-cü ildə zəruri yardımların göstərilməsi üçün 835 milyon dollara ehtiyacın olduğunu bildirib.
Bu məbləğ ötən ildəkindən 77% atıqdır, bu da təşkilatın indiyədək donorlardan tələb etdiyi ən böyük məbləğ hesab olunur.
UNİCEF-in hesabatına görə, Suriya daxilində 4 milyon, xaricində isə 1 milyondan artıq uşağın humanitar yardıma ehtiyacı var. Bildirilir ki, dünyada 3 ən böyük böhrandan əziyyət çəkən 14 milyon uşaq vardır ki, bunun da 1/3-ni suriyalı azyaşlılar təşkil edir.
AzVision.az
Teqlər: