Liviyada “Türk Hava Yolları”nın ofisinə basqın: 1 ölü, 1 yaralı

Liviyada “Türk Hava Yolları”nın ofisinə basqın: 1 ölü, 1 yaralı
  28 Dekabr 2013    Oxunub:1199
Liviyanın paytaxtı Tripolinin hava limanında “Türk Hava Yolları”nın (THY) bilet satışı ofisinə silahlı hücum olub. AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir Türkiyə vətəndaşı ölüb, daha biri isə yaralanıb.

THY-nın mətbuat müşaviri Əli Gənc hücumun oğurluq məqsədilə edildiyini istisna etməyib. Onun sözünə görə, silahlı basqın nəticəsində ölən şəxs ofisin baş mühasibidir.


Teqlər:





Xəbər lenti