Federasiya bütün tədbirləri təxirə saldı

Federasiya bütün tədbirləri təxirə saldı
  17 Mart 2020    Oxunub:2330
Koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) martın 18-də keçirilməsi planlaşdırılan bütün tədbirlərin bir ay müddətində təxirə salınması barədə qərar qəbul edib.
ARAF-dan Azvision.az -a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunduğu nəzərə alınaraq, ölkəmizdə infeksiyanın maksimum səviyyədə qarşısının alınması, virusun aşkarlandığı şəxslərin xüsusi nəzarətdə saxlanılması və məlumatların ictimaiyyətə düzgün çatdırılmasını təmin etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.

Operativ Qərargahın verdiyi məlumata əsasən ölkədə kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri müvəqqəti olaraq təxirə salınıb. Bu müddətdə iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: ARAF   Federasiya  





Xəbər lenti