Elxan Məmmədov: “Səbirli olmalı və gözləməliyik”
"Biz hər gün Avropadakı digər milli assosiasiyalarda çalışan həmkarlarımızla əlaqə saxlayırıq, mütəmadi qaydada UEFA ilə məsləhətləşmələr aparırıq. Həmçinin Peşəkar Futbol Liqasının və klublarımızın rəhbərliyi ilə daim təmasdayıq. Hadisələrin sonrakı gedişi ilə bağlı adını qeyd etdiyim qurumların təmsilçiləri ilə birgə müxtəlif senarilər üzərində düşünürük. Belə situasiyalarda qarşılıqlı əlaqə şəraitində çalışmalı və əlbəttə ki, ilk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına əməl etməliyik. Çünki ən vacib məsələ sağlamlığın qorunmasıdır. Futbolçuların fiziki hazırlıq səviyyəsi də diqqət mərkəzindədir, təbii ki, yeni qrafikdə fiziki hazırlıqla bağlı dövr nəzərə alınacaq. Hamımız anlayırıq ki, bizim də məxsus olduğumuz Avropa zonasında milli komandaların və bütün digər turnirlərin təqvimində dəyişiklik qaçılmazdır. Hələ ki səbirli olmalı və gözləməliyik”.
Azvision.az
Teqlər: ElxanMəmmədov AFFA