Hakan Şükür: "Daha bir neçə nəfər AKP-dən ayrılacaq"

Hakan Şükür: "Daha bir neçə nəfər AKP-dən ayrılacaq"
  01 Yanvar 2014    Oxunub:1075
“Mənimlə bərabər daha bir neçə nəfərin də AKP-dən ayrılmaq fikri var”.
AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri AKP-nin keçmiş üzvü Hakan Şükür deyib. O, AKP-də onunla eyni fikiri bölüşən çox adamın olduğunu söyləyib. H.Şükür həmçinin istefa öncəsi Fətullah Gülənlə etdikləri söhbət haqqında da danışıb. “Bir neçə dəfə hoca əfəndiyə zəng vurdum. Ayrılmaq istəyirəm dedim. O isə mənə Hakan bəy biz dəyər verdiyimiz, eyni fikirləri paylaşdığımız insanların yanında olacağıq dedi”.

Qeyd edək ki, bu keçmiş futbolçunun AKP-dən istefasından sonra ilk müsahibədir. Mətbuat "Bugün TV"yə verilən müsahibədə hər şeyin hazır olmasına baxmayaraq, hələ də efirə buraxılmasına icazə verilmədiyini yazıb.


Teqlər:





Xəbər lenti