Dünya Kuboku ilə bağlı qərar verildi

Dünya Kuboku ilə bağlı qərar verildi
  10 Aprel 2020    Oxunub:3029
Martın 12-də Bakıda start götürdüyü halda, yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku barədə qərar verilib.
Beynəlxalq Gimnastika Federasiyasından (FIG) Azvision.az -a verilən məlumata görə, qurumun İcraiyyə Komitəsi yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları veriləcəyini bildirib.

Seçmə mərhələnin nəticələri yekun hesab olunacaq və reytinq xalları məhz buna görə idmançılara veriləcək.

Qeyd edək ki, Dünya Kuboku martın 13-də koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub. 14 - 15 martda final mərhələləri keçirilməli idi.

Azvision.az



Teqlər: Dünya-kuboku  





Xəbər lenti