Gənclərin ilk dəfə onlayn forumu keçirildi

Gənclərin ilk dəfə onlayn forumu keçirildi
  13 Aprel 2020    Oxunub:5506
Gənclər və İdman Nazirliyi bir ilkə imza ataraq gənc millət vəkillərini, Qarabağ qazilərini , İKT, biznes sahələrində çalışan, xaricdə təhsil alan gəncləri, gənc alimləri, gənclər təşkilatlarını, regionlardan olan, yaradıcı və istedadlı gəncləri , gənc jurnalistləri, blogerləri və s. gənclər təbəqələrinin 100-dən çox gəncini “Dünya və gənclər yeni şəraitdə” forumunda online formatda bir araya gətirib.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iki saat yarım davam edən forumda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev ilk olaraq dünyanı bürüyən koronavirus pandemiyası dövründə bir çox dövlətlərin idarəetmə menecmentindəki boşluqlar və bundan irəli gələn problemlər haqqında danışdı. Nazir müavini ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu dövrdə qabaqlayıcı tədbirlərin zamanında atılması nəticəsində ölkəmizin bu sınaqdan layiqincə keçdiyini xüsusi olaraq diqqətə çatdırıb. O bildirilib ki, Prezidentin müvafiq Sərəncamlarımdan irəli gələrək pandemiyanın sosial və iqtisadi fəsadlarının həm ölkəmiz, həm vətəndaşlarımız üçün təsirinin azaldılması, insanların rifahına yönəldilmiş proqramların qəbul edilməsi, büdcədən vəsaitin ayrılması bir daha ölkə əhalisinə göstərilən qayğının bariz nümunəsidir.



İntiqam Babayev çıxışı zamanı diqqətə çatdırıb ki, koronavirus pandemiyası dövründə nazirlik kənarda qala bilməzdi və bundan irəli gələrək gənclər üçün ekologiya, texnologiya, ictimai-siyasi, səhiyyə, elm, idman, yaradıcılıq və digər sahələrdə sosial şəbəkələr, online vasitəsi ilə müxtəlif layihələr həyata keçirir.

"Bunları nəzərə alaraq, online forumun keçirilməsi də gənclər sahəsində prioritet məsələlərdən biridir . Yaşananlar göstərdi ki, qlobal pandemiya qarşısında fərdi dayanmaq çox çətindir. Artıq hər kəs sosial şəbəkələrdən daha faydalı yararlanmağa çalışır. Bu gün gənclər biznes, yaradıcılıq, gələcəyə yönəlik ideyalarını artıq virtual ünsiyyət vasitəsi ilə reallaşdırmağa can atırlar. "

Daha sonra aşağıdakı tezislər əsasında fikir mübadilələri aparıld:b

- gənclərin vətənpərvərlik tərbiyəsi: yeni baxış, yeni üsullar və geri dönən dəyərlər;

- gənclərlə bağlı yeni cağrışlar hansı normaları zəruri edir?;

- süni intellekt, 4-cü sənayə inqilabı və gələcək;

- Dünya iqtisadiyyatı: yeni baxış və gənclərin məğulluğu;

- gənclər təşkilatlarının fəaliyyəti və yeni yanaşmalar;

- sosial izolyasiya dövründə gənclərin fəaliyyəti;

- gənclərin beynəlxalq əməkdaşlığı və yeni imkanlar və s.

Bununla yanaşı, təhsil və elm sahələri, biznesin online idarə olunması, region gəncləri, gənclər təşkilatları ilə işin bundan sonrakı dönəmdə fərqli müstəvidə qurulması və digər mövzular ətrafında da fikir mübadilələri aparılıb.

Forumun sonunda iştirakçılar canəb Prezidentin bu çətin günlərdə yürütdüyü siyasəti dəstəklədiklərini, “Evdə qal” çağırışına bərabər şəkildə əməl etdiklərini bildirib, insanların sağlamlığı uğrunda can yandıran həkimləri, təhlükəsizliyi qoruyan hüquq mühafizə orqanlarının əməkdaşlarını birlikdə alqışlayıblar. Bildirilib ki, Forumda səslənən çıxışlar əsasında xüsusi hesabat hazırlanacaq və növbəti görüş üçün yeni istiqamətlər müəyyən olunacaq.



Azvision.az


Teqlər: Gənclər   Forum  





Xəbər lenti