Fransızsayağı yeni il təbriki bu dəfə az olub

Fransızsayağı yeni il təbriki bu dəfə az olub
  03 Yanvar 2014    Oxunub:1091
Yeni il gecəsi Fransada az maşın yandırılsa da, həlak olanların sayı artıb.
Yeni il gecəsi maşınların yandırılması Fransada ənənə şəklini alıb. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ildən fərqli olaraq Yeni il gecəsi ölkədə az maşın yandırılsa da, həlak olanların sayı artıb. Əgər 2012-ci ildə 1193 maşın yandırılaraq yararsız vəziyyətə düşmüşdüsə, 2013-cü ildə onların sayı 1067 olub. Beləliklə, ötən illə müqayisədə maşınların yandırılması hadisəsi 10, 6 faiz azalıb.

Bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qanun keşikçiləri ictimai asayişi pozan 322 nəfəri saxlayıb.

Buna baxmayaraq yeni il gecəsi həlak olanların sayı artıb. Belə ki, Parisin məşhur Trokadero meydanında 20 yaşlı, Danmer şəhərində isə 21 yaşlı gənc soyuq silahla qətlə yetirilib. İzer regionunun Sen-Martən-d’Heres yaşayış qəsəbəsində isə naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş 45 yaşlı şəxsin həyatına son qoyub. Prodes şəhərində isə iki xala oğlu arasında baş verən mübahisə onların həlak olmaları ilə nəticələnib. Alenson həbsxanasının gözətçisi isə naməlum şəraitdə dünyasını dəyişib.


Teqlər:





Xəbər lenti