Ərdoğandan nurçu qəzetlərə növbəti qadağa - SİYAHI

Ərdoğandan nurçu qəzetlərə növbəti qadağa - SİYAHI
  03 Yanvar 2014    Oxunub:1100
AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan nurçulara aid olan qəzetlərə növbəti qadağa tətbiq edib. Mətbuat Ərdoğanın Yaponiya və digər şərq ölkələrinə edəcəyi səyahətlər zamanı yalnız AKP-yə yaxın olan qəzetlərin onunla birlikdə gəlməsinə icazə verdiyini yazıb. Qadağa qoyulan mətbuat orqanları sırasında camaata yaxın olan qəzetlərlə yanaşı, müxalifət və müstəqil yönümlü qəzetlərin də olduğu qeyd edilib.

Qeyd edək ki, rüşvət əməliyyatından sonra müxalifətə və camaata yaxın olan qəzetlərin Türk Hava Yollarına aid olan təyyarələrdə yerləşdirilməsi yasaq edilmişdi.
Qadağa qoyulan qəzetlərin siyahısını təqdim edirik:


1. Zaman
2. Taraf
3. Bugün
4. Today`s Zaman
5. Habertürk
6. Milliyet
7. Hürriyet
8. Vatan
9. Radikal
10. Posta
11. Sözcü
12. Cümhuriyet
13. Yurt


Teqlər:  





Xəbər lenti