Ermənistanın mülki aviasiyası Rusiyanın nəzarətində
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bunu erməni mətbuatına müsahibəsində Ermənistan Mülki Aviasiya Baş İdarəsinin sabiq rəisi Şaen Petrosyan deyib. Onun sözlərinə görə, yeni yaradılan “Eyr Armeniya” kampaniyasının çətin ki, böyük bazarı olsun və o, xarici kampaniyalarla ciddi rəqabət apara bilsin.
“Təhlükə var ki, Ermənistan Rusiyanın vilayətinə çevrilsin. Söhbət siyasi sazişlərdfən gedir. Və mən hesab edirəm ki, aviasiya sahəsi də rusların əlinə keçəcək” –, Petrosyan deyib .