Azərbaycanlı məşqçinin komandası İndoneziya çempionu oldu

Azərbaycanlı məşqçinin komandası İndoneziya çempionu oldu
  21 Aprel 2020    Oxunub:4668
Azərbaycan voleybolçuları Odina Əliyeva və Natalya Məmmədova şərəfini qoruduğu İndoneziyanın “Cakarta” klubu ilə çempion tituluna yiyələniblər.
Azvision.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, həmyerlimiz Ziya Rəcəbovun rəhbərlik etdiyi komanda İndoneziya Voleybol Federasiyasının qərarı ilə ölkənin ən güclüsü elan olunub.

Buna səbəb onların müntəzəm çempionatda bütün rəqiblərini üstələməsi olub. Nəticədə koronavirus pandemiyasına görə dayandırılan yarış təmsilçilərimizin çıxış etdiyi “Cakarta”nın birinci olması ilə yekunlaşıb.

Qeyd edək ki, Odina Əliyeva birinci raundun bombardiri, ən yaxşı hücumçu və liqanın ən dəyərli oyunçusu seçilib.

Azvision.az


Teqlər: Çempion  





Xəbər lenti