Ən çox axtarılan terrorçu böyrək xəstəliyindən öldü

Ən çox axtarılan terrorçu böyrək xəstəliyindən öldü
  05 Yanvar 2014    Oxunub:958
"Əl-Qaidə" ilə əməkdaşlıq edən "Abdulla Əzzəmin briqadası" qruplaşmasının başçısı Livandakı hospitalda ölüb.

AzVision.az Milli.Az-a istinadən xəbər verir ki, Məcid əl-Məcid böyrək çatışmazlığından ölüb. "Briqada"nın komandiri Səudiyyə Ərəbistanının ən çox axtarılan terrorçusu idi və ötən ilin dekabrında Livanda həbs edilmişdi.

"Abdulla Əzzəmin briqadası" bir çox Yaxın Şərq ölkələrindəki terror aktlarına görə məsuliyyəti boynuna götürüb. Beyrutdakı İran səfirliyinə də məhz onlar hücum etmişdilər. Həmin hadisə zamanı 23 nəfər ölmüşdü.


Teqlər:





Xəbər lenti