Kerri: İraqa kömək edəcəyik

Kerri: İraqa kömək edəcəyik
  05 Yanvar 2014    Oxunub:1046
Kerri: ABŞ İraqı terrorçularla mübarizədə hərbi müdaxilə olmadan dəstəkləyəcək.
ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların İraqı "əl-Qaidə" terrorçu qruplaşması ilə əlaqəsi olan döyüşçülərlə mübarizədə hərbi müdaxilə olmadan dəstəkləyəcəyini bəyan edib. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, "İraq və Levantın İslam dövləti" qruplaşmasının döyüşçüləri ölkənin qərbində yerləşən şəhəri, o cümlədən İraqın əl-Fəllucə şəhərinin yarısını və ər-Ramadi şəhərinin bir hissəsini zəbt ediblər.

Yerli hakimiyyətin antiterror fəaliyyətini "onların şəxsi mübarizəsi" adlandıran C.Kerrinin sözlərinə görə, ABŞ İraqa hərbi kontingent göndərməyə hazırlaşmır.

Dövlət katibi qeyd edib ki, "İraq və Levantın İslam dövləti" regionda ən təhlükəli qruplaşmadır: "Biz İraq hökumətini və terrorçuların destabilizasiya cəhdlərinə müqavimət göstərənləri dəstəkləyəcək".


Teqlər:





Xəbər lenti