Nazirlik yeni layihəyə start verib
On-line müsabiqə gənclər arasında son zamanlar dəbdə olan kospley yaradıcılığına əsaslanır. Amma bu layihə daha böyük yaradıcılıq və “ixtiraçılıq” tələb edir.
Məhz buna görə məşhur rəsmləri canlandıracaq “Bənzət, baxım!” layihəsinin şüarı “Yarat, öyrən, qazan!”dır.
Müsabiqə 12 may 2020-ci il tarixinədək davam edəcək. Bu müddətdə artcis.az saytında təşkilatçılar tərəfindən seçilmiş 10 rəsm əsərindən istənilən birini seçərək bənzəri yaradılmalı;
bunun fotoşəkli çəkilməli;
çəkilmiş fotoşəkli anket forması ilə birgə 12 may 2020-ci il tarixinədək [email protected] ünvanına göndərməlidir.
Bütün şəkillər saytda və eyni adlı Facebook və İnstaqramda yerləşdiriləcək.
Qaliblər 15 may 2020-ci il tarixdə elan ediləcək. Qalibləri mükafat gözləyir.
Artcis.az saytında sizə kömək məqsədi ilə indiyədək “canlandırılmış rəsm” əsərlərinin uğurlu nümunələri yerləşdirilib.
Qeyd etmək vacibdir ki, müsabiqə iştirakçısı:
öz sənədini karantin rejiminə riayət etməklə yaratmalıdır (ev şəraitində);
öz istəyinə görə təşkilatçıların təklif etdiyi rəsmdən başqa bir rəsmi canlandıra bilər. Bu halda əsərin və əsər müəllifinin tam və düzgün adı göstərilməlidir.
Ətraflı məlumat artcis.az saytında
Azvision.az