Millimizin sabiq baş məşqçisi koronavirusdan öldü

   Millimizin sabiq baş məşqçisi koronavirusdan öldü
  13 May 2020    Oxunub:14538
Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti, qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Aliomarov vəfat edib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının rəhbəri Mixail Mamiaşvili bildirib.
Onun sözlərinə görə, Maqomed Aliomarov koronavirus səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, M.Aliomarov 2011-15-ci illərdə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. 2015-18-ci illərdə isə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti