Azərbaycanlı iş adamı Almaniyada stadion tikdirir

Azərbaycanlı iş adamı Almaniyada stadion tikdirir
  04 İyun 2020    Oxunub:6569
Türkiyədə yaşayan iş adamı, ARS SPOR şirkətinin rəhbəri Elşən Rəsulov Almaniyada fəaliyyət göstərən “AZE NAKHCHIVAN-KÖLN” SK Futbol Klubuna dəstək verib.
Azvision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, o, yeni yaranmış kluba Kölndə süni ot örtüklü stadion inşa etmək arzusunda olduğunu bildirib. Klubla razılıq baş tutandan sonra klub rəhbərliyi stadionun inşası Köln Şəhər Bələdiyyəsi ilə danışıqlara başlayıb. Texniki məsələlər Köln bələdiyyəsi ilə razılaşdırılıb.

Mütəxəssislərin bildirdiyinə görə, belə bir stadionun Kölndə tikintisi 800 000 avroya başa gəlir.

Azvision.az


Teqlər: İş-adamı   Köln   Stadion  





Xəbər lenti