“Hər iki tələbədən biri dövlət hesabına oxuyur” - Nazirlik

 “Hər iki tələbədən biri dövlət hesabına oxuyur” -    Nazirlik
  05 İyun 2020    Oxunub:3358
Tələbələrin təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı etdikləri müraciətlərininin nəticələri barədə məlumat növbəti həftədən etibarən verilməyə başlanacaq.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur. Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-teleb.edu.az portalı fəaliyyət göstərir, həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər.

Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edəcək.

Azvision.az


Teqlər: Nazirlik   Tələbə  





Xəbər lenti