Millimizin sabiq futbolçusu Rusiya Premyer Liqasında

Millimizin sabiq futbolçusu Rusiya Premyer Liqasında
  15 İyun 2020    Oxunub:5082
Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü David Karayevin yeni komandası məlum olub.
Azvision.az xəbər verir ki, Rusiyanın aşağı liqa təmsilçisi “Kamaz” ilə yollarını ayıran futbolçu Premyer Liqa klubu ilə anlaşıb. Belə ki, hücumçu 2020-2021-ci il mövsümündə “Ural”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, D.Karayev “Kamaz”ın heyətində meydana çıxdığı 16 oyunda 11 qol vurub.

Azvision.az


Teqlər: Milli   Futbol  





Xəbər lenti