Millimizin yeni baş məşqçisi Azərbaycana gəlir

Millimizin yeni baş məşqçisi Azərbaycana gəlir
  29 İyul 2020    Oxunub:6037
Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin ölkəmizə nə vaxt gələcəyi dəqiqləşib.
Azvision.az xəbər verir ki, italiyalı mütəxəssisin avqustun 5-də Bakıya gələcəyi gözlənilir. De Byazi AFFA rəhbərliyi ilə görüşəcək, bir sıra müzakirələr aparacaq.

Sonrakı günlərdə Qəbələdə Azərbaycan Premyer Liqası klublarının yeni mövsüm üçün hazırlığının izlənilməsi, futbolçularla yerində tanışlıq, həmçinin həmkarlarla toplantının keçirilməsi nəzərdə tutulur.

Azvision.az



Teqlər: AFFA   Milli  





Xəbər lenti