UEFA milli komandaların oyunları ilə bağlı qaydaları təsdiqlədi
Milli assosiasiya minimum oyunçu sayına (13) uyğun komandanı formalaşdıra bilməsə, mümkün olacağı təqdirdə oyun başqa tarixə təxirə salınacaq. Görüşün yeni vaxtını və yerini UEFA təyin edəcək. UEFA-nın matçın neytral meydanda keçirmək hüququ var. Bu halda ev sahibi komanda matçın təşkili və bununla əlaqəli bütün xərclərə öz üzərinə götürməli olacaq.
Matçı təxirə salmaq mümkün olmadıqda bu barədə qərarı UEFA-nın Nəzarət, Etika və Nizam-İntizam Komitəsi verəcək. Oyunun təşkilinə cavabdeh olan yığmaya görə qarşılaşma keçirilməsə və ya başa çatdırılmasa, həmin komandaya texniki məğlubiyyət veriləcək. Kollektivlərdən hər ikisi ilə bağlı problem yaranarsa, qalibi müəyyənləşdirmək üçün püşkatma olacaq. Püşkatma zamanı 3 seçim mümkündür: heç-heçə - 0:0, meydan sahiblərinin 1:0 hesablı qələbəsi, qonaqların 1:0 hesablı qələbəsi
Hakimlər briqadasının üzvlərindən hansınınsa koronavirus testi müsbət çıxarsa, UEFA həmin referini üz-üzə gələn yığmaların təmsil etdiyi federasiyalardan olan və adı FİFA siyahısında olmayan hakimlə əvəzləyə bilər.
Azvision.az
Teqlər: UEFA