Latviyada yaşayan həmyerlimiz dünya çempionu oldu
Qeyd edək ki, Zaur Nurbaba oğlu Cavadov 21 dekabr 1986-cı ildə Latviyanın Riqa şəhərində dünyaya gəlib. 4 yaşından idmanın karate növünə yönəldilib. 2005-ci ildən etibarən peşəkarcasına kikboksinqlə məşğul olaraq, dəfələrlə bu idman növünün WAKO K-1, WKA K-1 və digər versiyaları üzrə Latviya, Litva, Polşa və Avropa çempionu titullarını qazanıb. 2017-ci ildə "Arena Riqa”da “KOK World Grand Prix in Riga 2017” döyüş şousu zamanı Moldovadan olan rəqibi Sergey Morari ilə qarşılaşıb. Həmyerlimiz ona nokautla qalib gələrək, dünya çempionu titulunu əlindən alıb.
Azvision.az
Teqlər: Boks