Rövnəq Abdullayev milli komanda ilə görüşüb

Rövnəq Abdullayev milli komanda ilə görüşüb
  05 Sentyabr 2020    Oxunub:5102
UEFA Millətlər Liqası çərçivəsində Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının Bakı Olimpiya Stadionunda açıq məşqi keçirilib.
Azvision.az xəbər verir ki, məşqdən əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev milli komandanın heyəti ilə görüşüb.

AFFA prezidenti millimizə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Canni de Byazi çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov da iştirak edib.

Azvision.az


Teqlər: RövnəqAbdullayev  





Xəbər lenti