Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

 Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
  07 Sentyabr 2020    Oxunub:6193
“Təhsil haqqında” qanuna dəyişiklik edilir.

Azvision.az xəbər verir ki, dəyişikliklə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı ilə bağlı güzəşt onlar övladlığa götürüldükdə də saxlanacaq.
Qanunun hazırkı varinatına görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Təhsil   Qanun   Dəyişiklik  





Xəbər lenti