Yığmamız Millətlər Liqasında ikinci görüşünə çıxır
Oyunu slovakiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona həmyerliləri Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.
Qeyd edək ki, C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) məğlub olub.
Azvision.az