Məleykə Abbaszadə Ombudsmana cavab verdi

 Məleykə Abbaszadə Ombudsmana cavab verdi
  08 Sentyabr 2020    Oxunub:4908
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi üçün Dövlət İmtahan Mərkəzinə göndərdiyi məktuba cavab verilib.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

“Müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilmir. Bu, Təhsil Nazirliyi ilə müzakirə edilir və hökumətə göndərilir. Bununla bağlı bizim ətraflı məlumatımız yayılıb”, -deyə DİM sədri bildirib.

Bununla yanaşı, M.Abbaszadə cavab məktubunun məzmununu açıqlamayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə   Ombudsman  





Xəbər lenti