“Neftçi” konqolu hücumçu ilə anlaşdı

“Neftçi” konqolu hücumçu ilə anlaşdı
  09 Sentyabr 2020    Oxunub:3687
Bakının “Neftçi” klubu heyətinə yeni hücumçu cəlb edib.
Azvision.az xəbər verir ki, Bakı təmsilçisi Belçikanın “Bersxot” klubunun futbolçusu Prins İbara ilə anlaşıb.

24 yaşlı futbolçu paytaxt klubunda bir il icarə əsasında oynayacaq. İbara karyerası ərzində Qabon, Qətər, Tunis, Əlcəzair klublarında da çıxış edib. Konqolu hücumçu 2019-cu ildən “Bersxot”da çıxış edir.

Prins peşəkar karyerasında keçirdiyi 70 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə edib.

Azvision.az


Teqlər: Neftçi  





Xəbər lenti