İmtahanların nəticələri 3 həftədən sonra bilinəcək

 İmtahanların nəticələri 3 həftədən sonra bilinəcək
  11 Sentyabr 2020    Oxunub:3585
“Bu ilin iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarında iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün sentyabrın 10-da yenidən keçirilən buraxılış imtahanlarının nəticəsi gələn il də qüvvədə olacaq”.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticəsi iki il qüvvədə qalır: “Sentyabrın 11-də keçirilən imtahanda 20 minə yaxın məzun iştirak edib. Bu imtahanların nəticələri yəqin ki, 3 həftədən sonra bilinəcək. O vaxta qədər isə ali məktəblərə yerləşdirmə prosesi bitəcək. Buna görə sentyabrın 10-da buraxılış imtahanı verənlər bu il qəbul kampaniyasında deyil, gələn ilki qəbul perosesində iştirak edə biləcəklər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti