Dövlət qulluğuna müsahibədə 187 nəfər uğur qazandı

Dövlət qulluğuna müsahibədə 187 nəfər uğur qazandı
  13 Sentyabr 2020    Oxunub:3900
Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Azvision.az DİM-ə istinadən xəbər verir ki, müsahibədə indiyədək 187 nəfər uğur qazanıb. Onlardan 64-ü Dövlət Statistika Komitəsində, 33-ü Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 14-ü Gənclər və İdman Nazirliyində, 11-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 10-u Energetika Nazirliyində, yerdə qalanlar isə məhkəmə orqanlarında müxtəlif vəzifələrə uyğun biliniblər.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2710 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti