“Qarabağ” və “Neftçi” cərimələndi
“Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Paytaxt təmsilçisi buna görə 200 manat cərimə olunub.
“Səbail” – “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib. “Sabah” – “Qəbələ” oyununda 5 futbolçusu cəzalanan qonaqların da cəzası eyni olub. Meydan sahiblərinin qırmızı vərəqə alan futbolçusu Slavik Alxasov 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.
“Keşlə” – “Qarabağ” görüşündə “Qarabağ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün 800 manat cərimə olunub. Ağdam təmsilçisi həmçinin stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün daha 800 manat cərimələnib.
Azvision.az