“Sülhü birgə formalaşdıraq!” - Müsabiqə elan edildi

“Sülhü birgə formalaşdıraq!” -  Müsabiqə elan edildi
  21 Sentyabr 2020    Oxunub:3419
Məktəblilər arasında YUNESKO-nun 75 illik yubileyi çərçivəsində 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülhü birgə formalaşdıraq!” mövzusunda rəsm müsabiqəsi elan olunur.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müsabiqə “Məktəblinin dostu” layihəsi və Azərbaycan YUNESKO Klublarının birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəbləri arasında keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd BMT və YUNESKO tərəfindən hər il qeyd olunan 21 sentyabr- Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14, 15-17 yaşlı) uşaq və gənclər arasında keçirilir. Hər yaş qrupu üzrə 3 qalib müəyyən olunacaq. Müsabiqənin birinci mərhələsində hər rayon üzrə üç yaş qrupu üzrə qaliblər seçiləcək, sonra onlar arasında müvafiq yaş qrupları üzrə ümumilikdə 9 qalib müəyyən ediləcək.

Birinci mərhələ üzrə rəsmlərin qəbulu noyabrın 15-dək davam edəcək və 30 noyabr tarixinə qədər qaliblər elan olunacaq. İkinci mərhələnin qaliblərinin isə dekabr ayında elan olunması nəzərdə tutulur.

Mövzu və düzgün kompozisiyaların üstünlük veriləcəyi müsabiqədə ən çox şagirdlərin öz duyğuları ilə işlənən əsərlər seçiləcək.

Sonda qaliblər fəxri diplomlarla mükafatlandırılacaq.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti