“Azərbaycan dilinin milli orfoepiya lüğəti” hazırlanacaq

“Azərbaycan dilinin milli orfoepiya lüğəti” hazırlanacaq
  22 Sentyabr 2020    Oxunub:3822
“Azərbaycan dilinin milli orfoepiya lüğəti”nin hazırlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İşçi qrup yaradılıb və bu istiqamətdə müvafiq iş aparılır.
Azvision.az -ın məlumatına görə, bunu AMEA-nın birinci vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri, akademik İsa Həbibbəyli Şuranın iclasında deyib.

Akademik bildirib ki, cari ildə 8 dildə Azərbaycan dilinin Milli Transliterasiya Sisteminin yaradılması və təqdimat mərasiminin keçirilməsi, eləcə də “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çap prosesində olması əlamətdar hadisədir.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti