“Mənim yaşıdlarım hələ 9-cu sinifdə oxuyur” - İlin ən gənc tələbəsi

 “Mənim yaşıdlarım hələ 9-cu sinifdə oxuyur” -  İlin ən gənc tələbəsi
  25 Sentyabr 2020    Oxunub:13366
Xəbər verdiyimiz kimi, bu il ali məktəbə qəbul olan ən gənc tələbənin 15 yaşı var. O, 1 iyun 2005-ci il təvəllüdlü Bəxtiyarova Aynur Əfsəl qızıdır.

Aynur Bəxtiyarova Azvision.az -a bildirib ki, o, 2009-cu ildə Yevlax rayonu 3 saylı orta məktəbə gedib, I sinifdə oxuyanda 4 yaşı olub.
“Bunun səbəbi bacımın məktəbə getməsi idi. Mən də həvəslənirdim və onunla dərsə getmək istəyirdim. 11 illik təhsil müddətində qiymətlərim yaxşı olub və oxumaqla bağlı problemim olmayıb”.

A.Bəxtiyarova 317 balla Xəzər Universitetinin Azərbaycan-dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub.

“Bacım isə Azərbaycan Pedoqoji Universitetinin Biologiya müəllimliyinə qəbul olub. Məktəbə tez getməklə yaşıdlarımdan 2 il qabağa düşdüm. Mənim yaşıdlarım 9-cu sinifdə oxuyur, mən isə ali məktəbə gedəcəyəm”.





Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Gənc  





Xəbər lenti