Bu vitamin koronavirusdan ölüm riskini azaldır

 Bu vitamin koronavirusdan ölüm riskini azaldır
  26 Sentyabr 2020    Oxunub:5743
Boston Universitetinin alimləri hesab edir ki, “D” vitamini koronavirus infeksiyası nəticəsində insan bədənində yarana biləcək mənfi nəticələrin riskini azaldır.

Azvision.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən 235 xəstədən qan nümunələri götürülüb və “D” vitamini səviyyəsinin göstəricisi olan serum 25-hidroksivitamin D ölçülüb.
Pasiyentlərin 75 faizi xəstəxanaya ağır formada daxil olub, 32,8 faizinin isə yetərli “D” vitamini olub. 40 yaşınadək insanlar arasında ölüm qeydə alınmasa da, 40 yaşdan yuxarı xəstələrin 16,3 faizinin həyatını xilas etmək mümkün olmayıb.

40 yaşdan yuxarı dünyasını dəyişən 206 nəfərin yalnız 9.7 faizində kifayət qədər “D” vitamini (millilitrə ən azı 30 nanoqram), bu kateqoriyada ölənlərin 20 faizində 30 ng / ml-dən az vitamin aşkar edilib.

Araşdırmada iştirak edən alimlərdən biri Maykl Holik bəyan edib, bu rəqəmlər “D” vitaminin koronavirusa yoluxanların həyatda qalmasına kömək edir və ölüm riskini azaldır.

Azvision.az


Teqlər: Vitamin   Koronavirus  





Xəbər lenti