“Qarabağ”ın oyunu təxirə salındı
Qeyri-müəyyən vaxta təxirə salınan matçın tarixi sonradan dəqiqləşəcək. Qarşılaşmanın təxirə salınması AFFA-nın istəyi ilə gerçəkləşib.
Assosiasiya PFL-a müraciət edərək Azərbaycan yığmasının Millətlər Liqasındakı növbəti iki matçına daha yaxşı hazırlaşması məqsədilə oyunun təxirə salınmasını istəyib. AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutan qurum görüşün təxirə salınmasına qərar verib.
Qeyd edək ki, millimiz oktyabrın 10-da Monteneqro ilə səfər, 13-də Kiprlə ev oyunu keçirəcək.
Azvision.az