Bakıda 28 direktor vəzifəsi boşdur

Bakıda 28 direktor vəzifəsi boşdur
  30 Sentyabr 2020    Oxunub:2012
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 28 vakant yer çıxarılıb.
İdarədən Azvision.az -a verilən məlumata görə, 7, 52, 80, 93, 105, 110, 122, 130, 170, 196, 201, 205, 209, 223, 230, 231, 232, 241, 243, 256, 262, 270, 302, 312, 317, 319, 322 nömrəli tam orta məktəblər və 16 nömrəli Texniki-Humanitar liseyi üzrə direktor vəzifəsi müsabiqəyə çıxarılıb.

Həmin məktəblərdə direktor vəzifəsi üzrə əmək funksiyaları hazırda digər ixtisaslı kadrlar tərəfindən müvəqqəti icra edilir.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu oktyabrın 2-si saat 23:59-da başa çatacaq.

Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Azvision.az



Teqlər: Bakı   Məktəb  





Xəbər lenti