Qızıl medalını ordumuza dəstək üçün hərraca çıxarır

Qızıl medalını ordumuza dəstək üçün hərraca çıxarır
  17 Oktyabr 2020    Oxunub:4946
Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı və vətənpərvər təşəbbüslə çıxış edib.
Azvision.az xəbər verir ki, millimizin təcrübəli üzvü fevralda keçirilən qitə birinciliyində qazandığı qızıl medalı hərraca çıxarmağa hazırlaşdığını deyib: “Hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır. Bu il ikinci dəfə Avropa çempionu oldum.

Doqquz illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir. Ancaq bu gün hər birimiz Vətənə və ordumuza dəstək üçün bütün fədakarlıqları etməyə hazır olmalı, böyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik”.

R.Hüseynov təkcə bir idmançı və vətəndaş kimi deyil, həm də Silahlı Qüvvələrimizin zabiti kimi Romada qazandığı və onun üçün çox əziz olan qızıl medalı hərraca çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürməyə hazırlaşdığını vurğulayıb.

Azvision.az 0


Teqlər: Güləşçi   Medal  





Xəbər lenti