UEFA Azərbaycanda oyunların keçirilməsinə qadağa qoydu

  UEFA Azərbaycanda oyunların keçirilməsinə qadağa qoydu
  21 Oktyabr 2020    Oxunub:4632
Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq belə qərar qəbul edib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə olacağı bildirilib.

AFFA və Ermənistan Futbol Federasiyasına beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri tövsiyə olunub.

Həmçinin qeyd edilib ki, İcraiyyə Komitəsinin qərarı "Avro-2020"nin gələn ilin iyununda Bakıda keçirilməsi nəzərdə tutulan oyunlarına təsir göstərməyəcək.

Xatırladaq ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya "Vilyarreal"ına qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu.

Azvision.az


Teqlər: UEFA  





Xəbər lenti