Qarabağdakı məktəbdənkənar təhsil müəssisələrinin sayı

Qarabağdakı məktəbdənkənar təhsil müəssisələrinin sayı
  23 Oktyabr 2020    Oxunub:6209
Düşmən tərəfindən işğal olunan torpaqlarımızda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Ağdam rayonunda 5, Cəbrayıl rayonunda 5, Füzuli rayonunda 5, Kəlbəcər rayonunda 4, Laçın rayonunda 5, Qubadlı rayonunda 5, Şuşa rayonunda 4, Xocəvənd rayonunda 2, Zəngilan rayonunda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib.

İşğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən 8 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb. Hazırda işğal səbəbindən müvəqqəti olaraq digər bölgələrə köçürülən məktəbdənkənar təhsil müəssisələri aşağıdakılardır:

- Ağdam rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Ağdam rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Füzuli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Füzuli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Laçın rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi

- Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Zəngilan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Cəbrayıl rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Xocalı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi.

Qeyd edək ki, 1999-cu ildə Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində Xocalı rayon Uşaq yaradıcılıq Mərkəzi yaradılıb. 2017-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına əsasən, ölkə üzrə olduğu kimi işğal altında olan rayonlar üzrə də birləşmə nəticəsində yeni müəssisələr yaradılıb.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti